Terrorçular Türk bazasına hücum etdi - 9 hərbçi şəhid oldu (YENİLƏNİB)

Terrorçular Türk bazasına hücum etdi - 9 hərbçi şəhid oldu (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, "Pəncə-Kilid" əməliyyatı bölgəsində Türkiyə bazasına terrorçular hücum edib. 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Baza ərazisinə soxulmağa çalışan terrorçularla qarşıdurma zamanı yaralanan türk əsgərlərdən daha üçü dünyasını dəyişib. Bununla da şəhid olan hərbçi sayı 9 nəfərə çatıb. 
4 əsgər yaralı hesab olunur. 
***00:50
"Pəncə-Kilid" antiterror əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla qarşıdurma zamanı yaralanan türk əsgərlərdən biri dünyasını dəyişib.
Türkiyə mediası xəbər verir ki, bununla Türkiyə ordusunda şəhidlərin sayı 6 nəfərə çatıb. Daha 7 hərbçi isə yaralıdır.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
***23:25
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 5 türk əsgəri şəhid olub, 8 əsgər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, türk əsgərləri bölgəyə sızmağa çalışan terror təşkilatının üzvləri ilə atışmada həlak olublar. Yaralı əsgərlər xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, əməliyyatın gedişində 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
Gundelik-Baku.Org