Türkiyədə güclü qar yağacağı gözlənilir - FOTO

Türkiyədə güclü qar yağacağı gözlənilir - FOTO
Türkiyənin bəzi ərazilərdə şiddətli qar yağacağı gözlənilir.
Türkiyə KİV xəbər verir ki, bu barədə qardaş ölkənin hidrometeoroloji proqnozlar bürosu məlumat yayıb.
Bildirilib ki, Marmara, Aralıq dəniz sahillərində şiddətli yağışlar gözlənilir. Mərkəzi və Şərqi Anadolu ərazilərində isə qar və sulu qar yağacaq.
Qarın Çanakkale, Balıkesir, Antalya, Bolu, Düzce, Rize, Artvin, Kilis, Gaziantep və Şanlıurfada daha güclü olacağı bildirilir.
Küləyin sürəti Marmara sahillərində 50-90 km/saat təşkil edəcək. Qara dənizin mərkəzi hissələrində və Şərqi Anadoluda yağış sularından daşqın yaranma təhlükəsi var.
Marmaranın şimal-qərb hissələrində havanın temperaturu normadan aşağı, digər yerlərdə isə 2-4 dərəcə yüksək olacağı gözlənilir. Şimal küləyi arabir orta şiddətlə əsəcək. 
Gundelik-Baku.Org