Türkiyədə 38 FETO üzvü saxlanıldı

Türkiyədə 38 FETO üzvü saxlanıldı
Türkiyənin 12 vilayətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı “Çimdik-3” əməliyyatı keçirilib. 
Bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib. 
O, sosial media hesabından verdiyi açıqlamada, "Milli iradəmizə qarşı çevriliş etməyə cəhd edən FETÖ xainlərinin təqibindən əl çəkməyəcəyik", -  deyib.  
Nazir əməliyyat nəticəsində 38 nəfərin həbs edildiyini bildirib. 
Gundelik-Baku.Org