Dilan Polatla bağlı ŞOK İDDİA - 11 gündür ki... - FOTO

Dilan Polatla bağlı ŞOK İDDİA - 11 gündür ki... - FOTO
Həbsdə olan sosial media fenomeni Dilan Polatla bağlı şok iddia irəli sürülüb.
Türkiyə KİV xəbər verir ki, onun hazırda Bakırköy ruhi əsəb xəstəlikləri dispanserində olduğu bildirilib.
Qeyd edilib ki, Dilan 11 gündür ki, bu dispanserdə müalicə alır.
O günlərdir burada başqa bir məhbusla eyni otağı paylaşır. Dilan və otaq yoldaşı hər gün 24 saat kameradan izlənilir. 
Qeyd edək ki, Dilan Polat və ailəsi çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar. Həbs edilənlər arasında Dilan Polatın bacı və qardaşı, həyat yoldaşı Engin Polatın qardaşı, atası var.



 
Gundelik-Baku.Org