“Star Wars” kainatının pərəstişkarlarına müjdə: Yeni serialın yayım tarixi açıqlandı

“Star Wars” kainatının pərəstişkarlarına müjdə: Yeni serialın yayım tarixi açıqlandı
“Disney” “Ulduz Müharibələri” (“Star Wars”) kainatında “Asoka” (“Ahsoka”) serialının çıxış tarixini rəsmən açıqlayıb. Bundan əlavə, şounun müəllifləri qarşıdan gələn layihənin tizerini nümayiş etdiriblər.
Bildirilir ki, filmin premyerası avqustun 23-nə təyin olunub. Mövsümdə cəmi səkkiz seriya olacaq - onlar oktyabrın 11-dək hər çərşənbə günü yayımlanacaq.

“Asoka” rolunu Rozario Douson ifa edib. Serialın aktyor heyətinə, həmçinin Lars Mikkelsen (“Qrand Admiral Traun”), İvanna Saxno (“Şin Hati”), Meri Elizabet Uinstead (“Hera Sindulla”) və başqaları daxildirlər.
“Asoka” “Ulduz Döyüşləri: Mandaloriyalı” serialının spin-offudur. Asoka Tano imperiyanın süqutundan sonra yeni təhlükəni araşdırmalıdır.
Mənbə: Lenta.ru
Gundelik-Baku.Org