Hikmət Hacıyevdən blokada ilə bağlı təbliğat aparanlara REAKSİYA

Hikmət Hacıyevdən blokada ilə bağlı təbliğat aparanlara REAKSİYA
“Xankəndi yolu mülki və humanitar məqsədlər üçün açıqdır”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev öz “Twitter” hesabında dinc etiraz aksiyası iştirakçılarının Xankəndi yolunu bağlamadıqlarına dair video paylaşıb.   
Videodan da göründüyü kimi, ekofəallar kənara çəkilir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının rahatlıqla keçə bilməsi üçün şərait yaradırlar.
“İrəvana gedən təcili tibbi yardım maşınları Şuşa-Xankəndi yolunun kəsişməsindən keçirlər. Yeni doğulan oğlan uşağı və onun hər iki valideyni İrəvana aparılıb. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!!!” - deyə H.Hacıyev qeyd edib.



Gundelik-Baku.Org