DAŞKƏSƏNDƏ PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN AD GÜNÜ MÜNASİBƏTİLƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV RAYON SAKİNLƏRİ İLƏ GENİŞ GÖRÜŞ KEÇİRİB

DAŞKƏSƏNDƏ PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN AD GÜNÜ MÜNASİBƏTİLƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV RAYON SAKİNLƏRİ İLƏ GENİŞ GÖRÜŞ KEÇİRİB
Dekabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Daşkəsən şəhərində keçirdiyi vətəndaşlarla səyyar qəbul-görüşündə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Rayon sakinləri ilə geniş tərkibli görüşü giriş nitqi ilə açan icra başçısı Əhəd Abıyev sakinləri salamladıqdan sonra deyib:
- Bu gün dekabrın 23-də Daşkəsən şəhərində biz sizlərlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların səyyar qəbulunu keçirdirik. Cari il ərzində rayonun hər bir kənd və qəsəbələrində, artıq 49 yaşayış məntəqəsində 2 mindən çox vətəndaşla səyyar qəbul keçirmişik.
Biz bütün səyyar görüşlərimizdə vətəndaşların müraciətlərinə həssas münasibət göstərməklə, 150-dən artıq ərizə, şikayət, tapşırıqları diqqətlə ətraflı araşdırmış və vətəndaşların müraciətlərində qeyd olunan məsələlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxmışıq. Elə günlər də olub ki, görüşlərimizi ucqar dağ kəndlərində şaxtalı-qarlı açıq hava şəraitində keçirtmişik.  
Yerlədə keçirilən səyyar görüşlər zamanı qaldırılan təklif və müraciətlərə baxılmasının müsbət nəticəsidir ki, Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan, Dövlət Proqramlarından irəli gələn tələblər, verilən tapşırıqlar Daşkəsən rayonunda 98 faiz icra olunaraq rayonumuz göstəricisinə görə Respublika üzrə bu gün ən yüksək yerdədir. Daşkəsən rayonun Respublika üzrə birinci yerdə olması, əlbəttə ki,  Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin qarşılıqlı etimada əsaslanan səmərəli fəaliyyətinin nəticəsində əldə edilmişdir. Biz ölkə rəhbərimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, verilən bütün tapşırıq və tövsiyələri bundan sonra da məsuliyyətlə və yüksək səviyyədə keyfiyyətlə vaxtında yerinə yetirəcəyik. Daşkəsən rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirak etmiş bir qrup şəxs yeni il ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə bu gün təltif olunacaqlar.
Qarşıdan yeni il gəlir. Hər birinizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizlərə cansağlığı, xoşbəxtlik arzulayıram. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir. Müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi, Azərbaycançılıq ideyası xalqımızın tükənməz milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir Azərbaycanlının şərəfli vəzifəsidir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra 44 günlük Vətən müharibəsində şanlı ordumuzun əsgər və zabitləri, şəhid və qazilərimiz ölkəmizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa qadir olduqlarını qələbə qazanmaqla bütün dünyaya sübut etdilər. 
Vətən müharibəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Ordusuna yüksək peşəkarlıqla rəhbərlik etməklə yanaşı, həm də informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqlı, ədalətli mövqeyini bütün dünyaya çatdırdı. Cəngavər sərkərdə kimi  ölkəmizin ərazi bütövlüyünü bərpa edən Prezident cənab İlham Əliyevin adı Azərbaycanın Vətən müharibəsi qəhrəmanı, qalib lideri kimi tariximizə əbədi olaraq qızıl hərflərlə yazıldı. 
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasətə, respublikamızın hərtərəfli sosial-iqtisadi və mədəni inkişafına, son 19 ilin statistikasına və misilsiz xidmətlərin xronikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişaf mənzərəsi tükənməz qürur və iftixar hissi ilə hər bir kəsin gözü önündə canlansın.   
Bildiyiniz kimi Prezidentimiz cənab İlham Əliyevin sabah doğum günüdür. Bu gün fürsətdən istifadə edərək Prezidentimiz cənab İlham Əliyevi ad günü münasibətilə rayonun şəhid ailələri, qaziləri, bütün Daşkəsənlilər və şəxsən öz adımdan ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, müasir Azərbaycanın qüdrətlənməsi yolunda əvəzsiz fəaliyyətində yeni-yeni uğurlu qələbələr  arzulayırıq. 
Ulu Öndərimizin əbədiyaşar ideyalarını yüksək səviyyədə həyata keçirən Prezidentimiz cənab İlham Əliyev Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva ilə birgə apardıqları çox şərəfli dövləti fəaliyyətlərində bundan sonra da yeni uğurlu nailiyyətlərə, qələbələrə imza atacaqlar. 
Prezidentimiz cənab İlham Əliyevin yaxın silahdaşı kimi müasir hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfələrini verən, Prezidentimizlə çiyin-çiyinə Qarabağa çoxsaylı səfərlər edən, humanizm, mərhəmət, vətənpərvərlik və xeyriyyəçilik missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsində yaralanmış qəhrəman əsgər, zabit və qazilərimizin müalicəsini birbaşa öz nəzarətinə götürməsi, ən yüksək tibbi xidmətlərlə köməkliklər göstərməsi, ehtiyac yarandıqda onların xaricdə müalicə olunmalarını təşkil etməsi xalqımız tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi bütün şəhid və qazi ailələrinə çoxsaylı xeyriyyəçilik, maddi və mənəvi dəstək tədbirləri, onların sosial-məişət problemlərini həll etməsi hörmətli Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sadiqliyinin, Vətənə olan sevgisinin ifadəsidir. Çox hörmətli Mehriban xanım Əliyeva siyasət və dövlət adamı kimi müasir Azərbaycan qadınının parlaq obrazını dünyaya örnək olan davranış sahibi kimi elm, səhiyyə və mədəniyyət sahəsində də uğurla davam etdirir.  
Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı hər zaman biz daşkəsənlilərin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olur.
2023-cü ildə, qarşıda bizi mühüm, daha məsuliyyətli işlər gözləyir. Mən rayonumuzun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin, ictimaiyyət nümayəndələrinin və sakinlərin fəallığını və işgüzarlığını yüksək qiymətləndirərək hamınıza minnətdarlığımı və təşəkkürümü bildirirəm. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə “Biz birlikdə güclüyük” devizi altında ölkəmizdə yeni-yeni qələbələrə inam və qətiyyətlə addımlayacaq, ölkəmizə iqtisadi gəlir gətirəcək Daşkəsəni pilot rayonlardan birinə çevirəcəyik. Əlbəttə, əldə olunan bütün bu nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə bilavasitə bağlıdır. 
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz cənab İlham Əliyev də müasir, müstəqil Azərbaycanımızı!
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dərin məzmunlu nitqindən sonra RİHB-nin Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev Daşkəsən şəhəri ərazisində 2022-ci ildə görülmüş işlər, əldə edilən nailiyyətlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 
Sonra icra başçısı Əhəd Abıyev fərdi qaydada sakinlərin müraciətlərini dinləyib, aidiyyəti üzrə tapşırıqlarını verib. 
Görüşdə çıxış edən şəhid valideynləri Cəfərov Etibar Həmid oğlu, Cabbarov İlham Müzəffər oğlu, Vəkilova Nərgiz Hüseyn qızı, Abdullayeva Aybəniz Bəhman qızı,  Verdiyeva Sevda Nəriman qızı, qazilər adından Əliyev Ceyhun Məşdi oğlu və sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, ən səmimi duyğularla dövlət başçısının doğum gününü təbrik ediblər. Daşkəsən rayon sakinləri Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində 30 ildən sonra tarixi torpaqlarımıza qovuşmağımızdan hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildiriblər.  
Sonda Daşkəsən rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirak etmiş bir qrup şəxsə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub. 

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini




Gundelik-Baku.Org