“Pivə içən kişilər süd verə bilərlər”

“Pivə içən kişilər süd verə bilərlər”
Aparıcı Tural Yusifov “Söhbətgah” podkast layihəsi pivə içən kişilər barədə fikirləri ilə diqqət çəkib.
OLAY yazır ki, o, Əli Xəyyamla apardığı söhbətdə bunları söyləyib:
“Pivə estrogendir, kişinin qarnı hamilə qarnına oxşayır, məmələri sallanır. Bu gün-sabah süd verə bilərlər, çünki pivə içirlər. Estrogen qadın hormonudur. Pivə içənlər getsinlər testesteron hormonunu versinlər, görəcəklər ki sayı azdır”.
Qeyd edək ki, estrogenlər – steroid tipli qadın cinsi hormonları olub, əsasən yumurtalıqlarda sintez olunur. Onlar mayalanma və hamiləliyin sona qədər çatdırılması, ikincili cinsi əlamətlərin formalaşması, menstrual tsiklin müntəzəm olmasına cavabdehdir.

Gundelik-Baku.Org