Baxçalarda tərbiyəçilərin işə qəbulu: Müsabiqənin vaxtı açıqlandı

Baxçalarda tərbiyəçilərin işə qəbulu: Müsabiqənin vaxtı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq.   
2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu  üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə 15.01.2024-cü il tarixdən start veriləcək.
Test imtahan mərhələsində uğur qazanan və dekabr 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğunluğu barədə qərar veriləcək.  Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək. 
Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apelyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.
Gundelik-Baku.Org