Yevlax sakinində tapança aşkarlandı

Yevlax sakinində tapança aşkarlandı
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tapança aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org