Azərbaycan XİN-dən bayram təbriki

Azərbaycan XİN-dən bayram təbriki
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü münasibəti ilə paylaşım edib.
Nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur:
“9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür. Bu münasibətlə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, üçrəngli bayrağımızın müstəqil və firavan Azərbaycanın hər bir guşəsində əbədi dalğalanmasını arzu edirik.
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!
Bayramımız mübarək!”
 


Gundelik-Baku.Org