Bayram günlərində 8 nəfər yol qəzasında ÖLÜB

Bayram günlərində 8 nəfər yol qəzasında ÖLÜB
Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.Nəticədə 8 nəfər həyatını itirib , 20 nəfər isə xəsarət almışdır.
DİN-nin BDYPİ tərəfindən dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur. Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik
Gundelik-Baku.Org