Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır
Gələn həftə Milli Məclisin deputatlarının tətili başa çatır.
Millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək.
Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.
Gundelik-Baku.Org