Məzahir Pənahov: Prezidentliyə namizədliyin qeydə alınması üçün 7 nəfər sənədləri təqdim edib

Məzahir Pənahov: Prezidentliyə namizədliyin qeydə alınması üçün 7 nəfər sənədləri təqdim edib
Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürülənlərin sayı 17 nəfərdir.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Məzahir Pənahov deyib ki, namizədliyinin irəli sürülməsi təsdiqlənmiş 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib: “3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”.
Gundelik-Baku.Org