Ermənilərin Ağdamda öldürməyə cəhd etdiyi ekskavatorçunun SON DURUMU

Ermənilərin Ağdamda öldürməyə cəhd etdiyi ekskavatorçunun SON DURUMU
Ötən gün terror hücumu nəticəsində Ağdamda yaralanan ekskavator operatorunun müalicələri davam etdirilir.
Qəlpə yaraları alan Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Sağ diz nahiyəsinin və sol dirsək nahiyəsinin kor qəlpə yaralanması diaqnozu ilə gətirilən xəstənin yaraları cərrahi işlənilib. Lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.
  • Ermənilərin Ağdamda öldürməyə cəhd etdiyi ekskavatorçunun SON DURUMU
Gundelik-Baku.Org