Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir

Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir
Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir.
Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Şəki şəhərində Fuad Əhmədovun ailəsində anadan olub.
Kiçik yaşlarından valideyn qayğısından məhrum olduğu üçün "SOS Uşaq Kəndləri"nin sakini olan şəhidimiz 2002-2013-cü illərdə Bakı şəhər 269 saylı tam orta məktəbdə orta təhsil alıb. Orta təhsilini aldıqdan sonra Bakı Qida Sənayesi Kollecində kollec təhsilini alıb.
Azərbaycan Ordusunun giziri olan Səbuhi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın, Zəngilanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qarşısına qoyulan vəzifələri icra edərkən Suqovuşan qəsəbəsi istiqamətində ayaqlarından qəlpə yarası alıb, 7 gün xəstəxanada müalicə olunduqdan sonra müharibədə iştirakını davam etdirib. Zəngilan istiqamətində hərbçi yoldaşını xilas edərkən əli zədələnib. Ağdərə istiqamətində keçirilən hərbi əməliyyatlarda da iştirak edən Səbuhi Əhmədov əməliyyatlar zamanı baş nahiyəsindən qəlpə yarası alıb.
2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.
Allah rəhmət eləsin!
Gundelik-Baku.Org