Yeni icra başçısının keçmiş vəzifəsi ləğv olunub?

Yeni icra başçısının keçmiş vəzifəsi ləğv olunub?
Xəbər verdiyimiz kimi, 31.08.2023-cü il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Quba rayon İcra Hakimiyyətinin icra başçısı təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, sözügedən təyinatadək İlqar Mahmudov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.

İlqar Mahmudov icra başçısı təyin edildikdən sonra onun nazirlikdə rəhbərlik etdiyi şöbənin nazir Emin Əmrullayev tərəfindən ləğv edilməsi ilə bağlı məlumat yayılıb. Artıq sözügedən şöbə Elm və Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli siyahısından da çıxarılıb. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov şöbənin ləğv edilmədiyini bildirib: 
"Sözügedən vəzifəyə təyinat yoxdur. Olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
Gundelik-Baku.Org