Şuşada onların bu ifası ayaqüstə alqışlandı

Şuşada onların bu ifası ayaqüstə alqışlandı
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Bu gün festivalın sonuncu günü olub.
Belə ki, son gün maraqlı təqdimatlarla yadda qalıb. Bu gün Şuşanın müxtəlif məkanlarını əhatə edən tədbirlər zamanı “Natiq Ritm” qrupunun, Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının çıxışları dinlənilib.
Festival çərçivəsində Türk dünyasının solistləri "Qarabağ kompozisiyası"nı ifa ediblər. Müxtəlif xalqların nümayəndələrinin bu ifası ayaqüstə alqışlanıb. 
Qeyd edək ki, mayın 9-dan başlayan festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.


Gundelik-Baku.Org