Neft ucuzlaşdı

Neft ucuzlaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,82% azalaraq, 1 barelə görə 76,38 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,81% azalaraq 72,57 dollara bərabər olub.
Gundelik-Baku.Org