Ramiz Mehdiyev bu məşhur restoranda özünə 85 illik yubiley keçirdi

Ramiz Mehdiyev bu məşhur restoranda özünə 85 illik yubiley keçirdi
Aprel ayının 17-də Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin 85 yaşı tamam olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, sabiq PA rəhbəri aprelin 18-də "Mangal Steak House" restoranının "Muğam" zalında yubileyi ilə bağlı mərasim təşkil edib. Mərasimdə R. Mehdiyevin ailə üzvləri, akademiklər Arif Həşimov və Dilqəm Tağıyev iştirak ediblər.
Qeyd edək ki, Ramiz Mehdiyev yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçılarını dəvət etsə də, onlar mərasimə qatılmayıblar.
Gundelik-Baku.Org