Rəşad Dağlının həbs müddəti uzadılır

Rəşad Dağlının həbs müddəti uzadılır
Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib. 
APA məlumat verir ki, istintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq. 
Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. 
Hadisə 3 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. 
Gundelik-Baku.Org