Azərbaycanda media subyektləri 3 il müddətinə vergilərdən azad olunur

Azərbaycanda media subyektləri 3 il müddətinə vergilərdən azad olunur
Azərbaycanda media subyektləri vergidən azad edilir. 
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. 
Dəyişikliyə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilir.
Qeyd edək ki, vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.
Gundelik-Baku.Org