Baş prokurorluq Ziraat bankda yoxlamalara başlaya bilər... - Səlcuq Dəmir biz azərilərə əkmək parası verirmi..?

Baş prokurorluq Ziraat bankda yoxlamalara başlaya bilər... - Səlcuq Dəmir biz azərilərə  əkmək parası  verirmi..?

Səlcuq Dəmirin  Ziraat Bankdakı  qara əməlləri... 

Biz bir media qurumu olaraq mətbuatın yazdığı  araşdırma yazılarına fərqli prizmadan yanaşmaq, problemlərə mütəxəssis  gözü ilə baxmaq qərarına gəldik.  
Yəni yazılardakı məişət məsələlərini kənara qoyub, sırf analitik münasibət sərgiləmək. Beləcə  bu yazmızda Ziraat Bankda baş verənlərə, bankın İdarə heyətinin sədri Səlcuq Dəmirin əməllərinə yenidən  nəzər salacağıq. 
Yuxarıda  qeyd etdiyimiz kimi, loru dillə desək, kimsənin necə yatıb, necə durması bizim üçün önəmli deyil. Əsas onun fəaliyyət sahəsidir. Məlumat üçün qeyd edək ki, 2021-ci ilin  20 iyun tarixində  bankda  ciddi kadr dəyişikliyi baş verib və Səlçuk Demir  bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 
Haqqında yazılanlardan bəlli olduğu kimi Səlcuq Dəmir  bankı sanki özünün şəxsi “obyekti”nə çevirib. Belə ki, Səlcuq Dəmir  siqaret, gündəlik yeyib-içmək pulundan tutmuş ailəsinin xərclərinə qədər hamısını bankın hesabına ödəyir. 
Yuxarıda qeyd etdiyimiz kimi Səlcuq Dəmirin bahalı ziyafətləri, yatıb-durmağ ilə bağlı yazmırıq. Bəli, biz  Səlcuq Dəmirin özəl həyatı barədə yazmırıq, amma  proqramist Sadiq Axundovun vasitəsilə  bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsəməsini yazmaya bilmərik... Yaxud  bu yaxınlarda  bankın konfrans zalı üçün  10 min manat dəyərində olan manitoru 40 min manata  sənədləşdirməsini necə yazmayaq..? 
Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə  maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu  qonaqların ziyafət xərci kimi  “oformit”  edib. Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır, hətta həddini aşaraq Azərbaycan xalqının ünvanına təhqiramiz, aşağılayıcı sözlər işlədir. Azərbaycanda pullar qazanır, 650 manata başının altına qoymağa yastıq alır  və sonda bizi təhqir edir. “Ziraat Bank”ın sədri  Səlcuq Dəmir iclasda deyir ki, 44 günlük müharibəni azərilər deyil, biz udmuşuq.... Səlcuq Dəmir iclasda  üzünü içşilərə tutaraq deyib ki, sizlər satqınsınız, kimlərləsə gizli əlaqəyə girərək bu məlumatları mediaya sizlər çatdırmısınız... 
Deyəsən bu adamın  başının DƏMİR YUMRUĞU çatmır ee... 
Nə isə, yəqin ki, qardaş Türkiyənin Bakıdakı səfirliyi  Səlcuq Dəmir kimilərlə  məşğul olacaq. 
İndi isə  Səlcuq Dəmirlə bağlı ən yeni xəbərlərə nəzər salaq. 
Məlumdur ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində banka qarşı  300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb. Maraqlıdır ki, bankdakı yeyintilər, mənimsəmələr nə üçün  dövlətdən gizlədilir..? Görəsən, 300  minlik  yeyinti, Bankın hesabına alınanların hesabı Səlcuq Dəmirdən sorulacaqmı..? Çox maraqlıdır ki, Türkiyədəki hakim AK partiya islami həyat tərzinə üstünlük verir, spirtli  içkiyə, əyyaşlığa qarşıdır. Amma Səlcuq Dəmirin həyat tərzinə nəzər salmaq çox vacibdir.
Bəli, onun  içdiyi rakilərin pulu  Ziraat bankın hesabından ödənilir.  
Buradan  Səlcuq Dəmiri məlumatlandırırıq ki, bankın mühasibatlığında olan çekləri dəyişməyin, saxtakarlığa yol verməyin. Bankın daxilindəki etibarlı mənbəmiz onu da qeyd edir ki, əgər mənə də  göstəriş versələr ki, mühasibatlıq sənədlərini dəyişdirm, mən onu etməyə bilmərəm. Çünki əks halda işimi itirməli olacam. Səlcuq Dəmir  bütün sərhədləri keçərək bizimlə çörək-əkmək söhbəti edir, anlamır ki, bizdə çörəyin mərtəbəsi çox yüksəkdir. 
Səlcuq Dəmir deyir ki, mən azərilərə əkmək parası verirəm, amma onlar bizm sirrlərimizi yayırlar, gedib orada-burada bizim  əleyhimizə danışırlar. Özünü toxunulmaz hesab edən bank rəhbəri hətta bəzi məclislərdə deyir ki, mən Azərbaycanda hər bir addımı ata bilərəm, istədiyimi edə bilərəm. Bəli, raki içib özünü itirən şəxs deyir ki, bu gün hətta öz iş yoldaşlarından şübhələnir  və əlavə edir ki, bu gün mənim bütün işlərimdən jurnalistlərin xəbəri var. Səlcuqa  deyəsən əkmək məsələsini başa salmaq lazımdır. 
Bəli, Səlcuq Dəmir  bizim yaxın dostumuzun əli ilə  bütün qara işlərini gördüyü üçün  çox dərinə gedə bilmir, Səlcuqun pul gətirən adamları bir dostumuz pulu silir, o biri dostumuz isə gözünü yumur. 
Yəni o biri dostumuz görməsi  lazım olan gözünü yumur ki, Səlcuq  Azərbaycanda para qazansın. İndi Səlcuq bəyə  demək lazımdır ki, əkmək parasını sənmi bizə verirsən.  Yoxsa, bizim dostumuz sənə..? İndi bildinmi, paranı necə  qazanırsan..? 
Sonda  Səlcuq Dəmirə  deyirik ki,  hər ay  2500-ə yaxın para  verdiyin adamlarına de ki, jurnalistlər haqqında boş-boş  danışmasınlar, çünki bir gün özünə qarşı yönələcək. Səlcuq Dəmirə faydalı məsləhətimiz də var. Əgər başını dəvəquşu kimi harasa soxmasan, işində müsbət dönüş yarada bilsən, mükəmməl ola bilərsən. Amma onu da deyirik ki, 300000-lə bağlı bankdaxili yazışmalarını hamı bilir. Onu bankın sistemindən qəti silmək olmur.
Görəsən, bankdaxili saxta yazışmalara  nə üçün  daxili nəzarət  reaksiya vermir..?  
Amma reaksiya verməyən adamlar indi bankda vəzifə tuturlar. Əgər inanmırsınızsa, şübhəniz varsa, həmin elektron yazışmaları, Banka məxsus elektron sistemdə tapa bilərsiniz. 
Bu suallarla bağlı növbəti yazıda tanış ola bilərsiniz.


Gundelik-Baku.Org