“Fənərbağça” bu klubumuzla qarşılaşmaq üçün BAKIYA GƏLƏCƏK

“Fənərbağça” bu klubumuzla qarşılaşmaq üçün BAKIYA GƏLƏCƏK
“Zirə”nin və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
Qəsəbə təmsilçisinin mətbuat xidməti xəbər verir ki, “Fənərbağça”nın ofisində keçirilən görüşdə, həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak ediblər.
Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi üzrə danışıqlar aparılıb.
Sonda görüş iştirakçıları bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
Gundelik-Baku.Org