Müqaviləsi 2028-ə qədər uzadılacaq: Ən çox maaş alan oyunçu olacaq

Müqaviləsi 2028-ə qədər uzadılacaq: Ən çox maaş alan oyunçu olacaq
"Arsenal"ın vingeri Bukayo Saka klubu ilə müqaviləsini yeniləməyə yaxındır.
Xarici medianın məlumatına görə, futbolçu 2028-ci ilə qədər yeni müqavilə imzalamağa razılaşıb, ona görə maaşı həftəlik 345 min avro olacaq. Yeni şərtlərə əsasən, 21 yaşlı futbolçu "Arsenal"ın ən çox maaş alan futbolçusu olacaq. London klubunun rəhbərliyi bu mövsümün sonuna qədər müqavilənin uzadıldığını açıqlamaq niyyətindədir. Tərəflər müqavilənin yalnız xırda detalları barədə razılığa gəlməlidirlər.
İngilis hücumçunun "Arsenal"la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.
Bukayo Saka bu mövsüm London klubunun heyətində Premyer Liqada 35 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həm qol, həm də ötürmələrdə ikiqat rəqəmə çatan yeganə Premyer Liqa oyunçusudur.
Gundelik-Baku.Org