Messi PSJ-nin təklifindən boyun qaçırdı

Messi PSJ-nin təklifindən boyun qaçırdı
PSJ-nin hücumçusu Lionel Messi klubun müqavilənin uzadılması ilə bağlı ilk təklifini rədd edib.
“La Vanguardia” xəbər verir ki, DÇ-2022 öncəsi tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəlsələr də, Messi sonra PSJ-nin təklifini qəbul etməyib. Parislilərin təklif etdiyi maaş Messini qane etməyib.
PSJ "Finans Fair Play" problemlərinin olduğuna görə Messiyə aşağı məbləğdə maaş təklif etmək məcburiyyətində qalıb. 
Qeyd edək ki, Messinin PSJ ilə 2021-ci ildə imzaladığı hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
Gundelik-Baku.Org