Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq
Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci dövrəsindən Xorvatiyanın “Dinamo” klubunun əsas oyunçusu olacaq.
Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib.
Çaçiç Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun boşluğunu Emreli ilə doldurmaq fikrinə düşüb. Bildirilib ki, Türkiyə klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına gəlib.
Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda beş qol vurub.
Mənbə: “index.hr”
Gundelik-Baku.Org