38 yaşlı kişi Tellini boğaraq öldürdü - YENİLƏNİB
İyunun 19-u saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
*** 09:37
İyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.