Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR

Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR
Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə bu gün Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ 2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələ ki, açıqlanmayan iki nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
  • Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR
  • Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR
  • Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR
  • Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var - FOTOLAR
Gundelik-Baku.Org