Qapıçı evində ölü tapıldı

Qapıçı evində ölü tapıldı
Braziliyanın "İtuano" komandasının qapıçısı Cian Kayo evində ölü tapılıb.
Bu barədə Daily Mail məlumat yayıb. Klubun rəsmi saytı hadisənin fevralın 18-də baş verdiyini yazıb.
21 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Cian Kayo ölkənin ən istedadlı qapıçılarından hesab olunurdu.
Gundelik-Baku.Org