Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var

Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var
Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub. Zərbənin gücündən piyadalar qarşıdan gələn "Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.

Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Gundelik-Baku.Org