Bakıda əcnəbi vətəndaşın pulqabısını oğurladılar - İçində nələr getdi?

Bakıda əcnəbi vətəndaşın pulqabısını oğurladılar - İçində nələr getdi?
Nərimanov rayonu ərazisində yerləşən restoranların birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Gundelik-Baku.Org