ABŞ-da namaz qılan tələbələri narahat edən müəllim işdən qovuldu

ABŞ-da namaz qılan tələbələri narahat edən müəllim işdən qovuldu
ABŞ-da namaz qılan müsəlman tələbələrə "sehr edirsən" deyən müəllim qəzəb yaradıb. Keçən həftə paylaşılan və 7 milyon yarımdan çox izlənilən video böyük reaksiya alıb.

"TikTok”da paylaşılan videoda Franklin Akademiyasının 3 tələbəsi namaz qılarkən görünür. Bu vaxt müəllimin "Gözləyin, bu mənim otağımdır. Hamınız sehr edirsiniz" deməsi eşidilir. Adı açıqlanmayan pedaqoq daha sonra "Mən İsaya inanıram, buranı narahat edəcəm” deyərək şagirdlərin arasından keçir.

Tələbələr məhəl qoymayaraq dua etməyə davam edərkən, digəri "Niyə mənim otağımdadırlar?" "Namaz qılırlar” sualına cavab verir. Sosial şəbəkələrdə yayılan video təxminən 7,5 milyon dəfə izlənilib.
Gundelik-Baku.Org