Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi

Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi
Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib. 
Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter“də yazıb.
Onun sözlərinə görə, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.
Gundelik-Baku.Org