ABŞ bu ölkəyə qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ bu ölkəyə qarşı sanksiyaları ləğv etməyəcək
ABŞ İrana qarşı hər hansı bir sanksiyanı geri çəkmək niyyətində deyil.
Bunu ABŞ dövlət administrasiyasının yüksək rütbəli məmuru Vaşinqtonla Tehran arasında baş tutacaq "beşə beş" fomatında məhbus mübadiləsinə həsr olunmuş xüsusi brifinqdə deyib.
Vəsaitlərin ABŞ maliyyə sistemindən kənara çıxarılaraq Avropa bankları vasitəsi ilə Dohaya göndərilməsi məqsədilə sanksiyalara istisna olunduğunu deyən ABŞ məmuru, razılaşmanın bir hissəsi olaraq hər hansı sanksiyanın geri çəkilməyəcəyini vurğulayıb.
Gundelik-Baku.Org