Ukrayna “Baxmutun açarı” olan kəndi azad etdi

Ukrayna “Baxmutun açarı” olan kəndi azad etdi
“Baxmut qəsəbəsi yaxınlığındakı Klişivka kəndi düşməndən azad edilib”. 
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib. 
“Kəndin azad edilməsində iştirak edən Milli Polisin 80-ci Briqadasına, 5-ci Əlahiddə Hücum Briqadasına, məşhur 95-ci Hücum Briqadaya təşəkkür edirəm. Klişivka azad edildi! Yaşasın Ukrayna!”, - deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, Klişivka kəndi mühüm strateji roluna görə “Baxmutun açarı” adlanır. Kənd Baxmutdan cəmi yeddi kilometr cənubda yerləşir. 
Gundelik-Baku.Org