Polşada viza qalmaqalı! Həbs edilənlər var

Polşada viza qalmaqalı! Həbs edilənlər var
Polşanın bəzi ölkələrdəki konsulluqlarında qeyri-qanuni viza verildiyi müəyyən edildikdən sonra saxlanılan 7 nəfərdən 3-ü həbs edilib.
Polşa Xarici İşlər Nazirliyi ölkənin viza prosedurlarında vasitəçi kimi çıxış edən bütün şirkətlərlə müqavilələrinə xitam verib. Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki konsulluqlarında bəzi şəxslərə pul qarşılığında qeyri-qanuni viza verildiyi müəyyən edilib .
Polşa Milli Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə Bürosu məsələ ilə bağlı araşdırmalara başlayıb və 7 nəfər saxlanılıb. İstintaq çərçivəsində nəzarətə alınan 7 nəfərdən 3-ü həbs edilib. Xarici İşlər Nazirliyinin bu gün verdiyi açıqlamada, Polşa Xarici İşlər Nazirliyinin Konsulluq Departamentində və Polşaya bağlı bütün konsulluqlarda araşdırma aparılacağı və 2011-ci ildən bu yana Polşanın viza prosedurlarında vasitəçilik edən şirkətlərlə imzalanmış müqavilələrə xitam veriləcək.
Viza qalmaqalının alovlanması ilə Polşa Xarici İşlər Nazirliyi Hüquq və Uyğunluq İdarəetmə Ofisinin direktoru Yakub Osajdanı vəzifəsindən azad edib.
 
Gundelik-Baku.Org