Rosaviasiyanın rəhbəri vəzifəsindən azad ediləcək

Rosaviasiyanın rəhbəri vəzifəsindən azad ediləcək
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko Rusiya hökumətinin qərarı ilə tezliklə vəzifəsindən azad ediləcək.
Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb 
Bildirilir ki, yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir. Federal agentliyin yeni rəhbəri vəzifəsinə baxılmaq üçün namizədlər Neradkonun müavini Vladimir Poteşkin və Dövlətlərarası Aviasiya Komitəsinin (IAC) hazırkı sədri və Federal Hava Nəqliyyatı Agentliyinin keçmiş rəhbərinin müavini Oleq Storçevi nəzərdə tutulub.  
Aleksandr Neradko 2009-cu ildən Federal Hava Nəqliyyatı Agentliyinə rəhbərlik edir.  
Gundelik-Baku.Org