Həm dostluqda, həm sevgidə, həm də ailədə çox sadiq olurlar - Bürclər

Həm dostluqda, həm sevgidə, həm də ailədə çox sadiq olurlar - Bürclər
Qoroskopa görə, 3 bürc sahibi həm dostluqda, həm sevgidə, həm də ailədə çox sadiq olurlar. 
Astrologiyaya görə, ən sadiq olan bürclər bunlardır: Tərəzi, Balıq və Əqrəb.
Tərəzi bürcündən olan insanlar sevgidə bəxti gətirir və həmişə sadiq olurlar. Onlar xəyanətə və yalana nifrət edərlər. Aldadıldıqda qəzəblənərlər və xəyanəti bağışlamazlar.
Balıqlar işdə və dostluqda uğurlu olurlar. Dostlarına qarşı həmişə diqqətcil və dürüstdürlər. Dostluq etdikləri insanları həmişə müdafiə edərlər. Dostluqları möhkəm və daimi olur.
Əqrəblər həm dostluqda, həm sevgidə, həm də ailədə sadiq və dürüst olurlar. Sevgililərini heç vaxt aldatmazlar. Xəyanəti və yalanı da sevməzlər. Xəyanəti heç vaxt bağışlamazlar. Ailəyə bağlı olurlar. Dostluqları da möhkəm və davamlı olur.
Gundelik-Baku.Org