Çörçillin siqarı hərraca çıxarıldı

Çörçillin siqarı hərraca çıxarıldı
Britaniyada keçmiş Baş nazir Uinston Çörçillin yarı çəkilmiş siqarası hərraca çıxarılıb.
“Sky News” xəbər verir ki, hərrac iyunun 16-da keçiriləcək, lot 600-800 funt sterlinq dəyərində qiymətləndirilir.
Çörçill 1944-cü ildə şərəfinə verilən şam yeməyindən sonra Rabatdakı Böyük Britaniya baş konsulu Hyu Stounhever-Birdə öz yarıyacan çəkilmiş siqarını təqdim edib. Konsul xatirəni şüşə qaba qoyub və 1973-cü ildə vəfat edənə qədər saxlayıb. İndi onun qohumları siqarı satmaq qərarına gəliblər.
Siqar 79 il ərzində üzərində əlyazma qeydləri olan şüşə qabda saxlanılıb.
Xatırladaq ki, U. Çörçil 1940-1945-ci illərdə və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub. O, 1965-ci ilin yanvarında 90 yaşında vəfat edib. 
Gundelik-Baku.Org