Putin hökumət üzvlərini topladı

Putin hökumət üzvlərini topladı
Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüş keçirir.
Bu barədə Kremlin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, görüş videokonfrans formatında keçirilir: "Dövlət başçısının bu gün Nazirlər Kabineti ilə müzakirə etdiyi əsas mövzu regionlarda investisiya siyasəti və biznes mühitinin yaxşılaşdırılması üçün yol xəritələrinin həyata keçirilməsidir".
Baş nazirin müavini Tatyana Qolikova, Nazirlər Kabineti sədrinin birinci müavini Andrey Belousov, eləcə də Saxalin vilayətinin rəhbəri Valeri Limarenkonun Putinə məruzə edəcəkləri açıqlanıb. 
Gundelik-Baku.Org