"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq" - Putin Paşinyanı ələ saldı

"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq" - Putin Paşinyanı ələ saldı
"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün ÜDM artımı 12%-dən çox olan Ermənistanla ayaqlaşmaq çətin olacaq". 
Bunu Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.
O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:
“Yaxşı, Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq, biz bunu bu gün artıq bəyan etmişik. ÜDM artımı 12 faizdən çox olub. Bu, çox yüksək, belə ciddi göstəricidir”.


Gundelik-Baku.Org