Ev heyvanları ilə yatmaq keyfiyyətsiz YUXU YARADIR

Ev heyvanları ilə yatmaq keyfiyyətsiz YUXU YARADIR
Tüklü dostlarınızla yatmağı sevə bilərsiniz, lakin yeni bir araşdırmaya görə, ev heyvanı ilə yatmaq yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
Xarici KİV xəbər verir ki, yeni bir araşdırma it və ya pişiklə yatmağın insanların daha narahat bir gecə keçirməsinə səbəb olduğunu ortaya qoyub.
ABŞ-ın Linkoln Memorial Universitetindən Dr. Lauren Wisnieski və komandası it sahiblərinin yuxu pozğunluğu ilə qarşılaşma ehtimalının daha yüksək olduğunu irəli sürüb. Human-Animal Interactions jurnalında dərc edilən yeni araşdırma, pişik sahiblərinin də narahat ayaq sindromu və yuxuya getmədə çətinlik çəkə biləcəyini bildirib.
Səhər yorğun oyanan və gecə tez-tez yuxusu kəsilən insanlara heyvanların yataq otağına girişi məhdudlaşdırmaq tövsiyə olunur. Sosial dəstək verən ev heyvanlarının yuxu keyfiyyətini artıra biləcəyini ifadə edən mütəxəssis tüklü dostlarımızın narahatlıq, stress və depressiya səviyyələrini azalda biləcəyini də ifadə edib.
Gundelik-Baku.Org