Bədxassəli şişlər və qocalmaya qarşı qida - QARABAŞAQ

Bədxassəli şişlər və qocalmaya qarşı qida - QARABAŞAQ
Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir çox xəstəliyin profilaktikası effektini təmin edir. O həmçinin orqanizmdə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır.
“MedikForum” xəbər verir ki, bu effekt qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqədardır.
“Qarabaşaq diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmaya qarşı müdafiə edir”, - deyə diyetoloq Mixail Qinzburq bildirib.
Diyetoloqun fikrincə qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır, bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalı olacaq.
Bundan başqa, Qinzburq qarabaşağın tərkibində böyük miqdarda maqneziumun olmasına diqqət yetirib. Bu mikroelement MBT-nin düzgün fəaliyyəti üçün vacibdir, ürək, sinir sistemi, öd kisəsinin dəstəklənməsini təmin edir.
Gundelik-Baku.Org