Hava hücumu siqnalı verildi, ukraynalı isə günəşlənməyə davam etdi - VİDEO

Hava hücumu siqnalı verildi, ukraynalı isə günəşlənməyə davam etdi - VİDEO
Ukraynanın Nikolayev şəhərində səhər saatlarında hava hücumu siqnalı səsləndirilib.
Günəş altında uzanan ukraynalı isə siqnala məhəl qoymadan istirahətini davam etdirib.
Şəhər boyu həyəcan siqnalı olmasına baxmayaraq, yerli sakin sakitcə dəsmalın üzərində uzanıb və heç bir reaksiya verməyib.
Bu görüntüləri Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz “Twitter” hesabında paylaşıb və videoya şərh verib:  
“Qorxmaz Nikolayev sakinləri hava hücumu siqnalı altında günəşlənir. Rusiyalılar kimi qorxutmağa çalışır?” - deyə o qeyd edib.


Mənbə: Tsn.ua
Gundelik-Baku.Org