Dağıstanda ər və arvad üç saat fərqlə intihar edib

Dağıstanda ər və arvad üç saat fərqlə intihar edib
Dağıstanın Karabudaxkənd rayonu kəndlərindən birində həyat yoldaşları bir neçə saatlıq fərqlə intihar edib.
Bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gecə 25 yaşlı qadın və onun 31 yaşlı əri öz evlərində ölü tapılıb.
İlkin versiyaya görə, faciədən əvvəl onlar mübahisə edib və ər arvadını tək qoyaraq gedib. O, qayıtdıqdan sonra ölü qadının meyitini tapıb. Üç saatdan sonra kişi də öz həyatına son qoyub.
Polis araşdırmaya başlayıb.
Mənbə: life.ru
Gundelik-Baku.Org