Ömrü uzadan 3 çay növü

Ömrü uzadan 3 çay növü
Alimlər çayı planetin ən sağlam içkilərindən biri hesab edirlər. 
Xarici mətbuat xəbər verir ki, mütəxəssislər ciddi xəstəliklərin qarşısını alan çay növlərini təyin ediblər. 
Rooibos çayı ürək-damar və həzm sistemini dəstəkləyir, xərçəngin qarşısını alır. İltihabla mübarizə aparır, sümükləri gücləndirir. Bu çay həm də qocalmanı ləngidir və təzyiqi tənzimləyir. Rooibosdakı çoxlu miqdarda antioksidantlar, o cümlədən aspalatin kimi unikal polifenollar bədəni bir sıra ölümcül xəstəliklərdən qoruyur.
Çobanyastığı çayı daxili orqanların fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər deyirlər ki, çobanyastığı çayının təsir mexanizmləri onun güclü antioksidant və antibakterial xüsusiyyətləri ilə bağlıdır.
Yaşıl çay təbii antioksidant kimi bütün dünyada məşhurdur. Yaşıl çay yarpaqlarında xərçəng, ürək xəstəlikləri, osteoporoz və digər xroniki problemlərin qarşısını alan polifenollar var. Araşdırmalar göstərib ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edən insanların növbəti yeddi ildə infarkt və ya insult keçirmə ehtimalı daha azdır.
Gundelik-Baku.Org