Ukrayna Ali Radasının sədr müavini Azərbaycandan kömək istədi

Ukrayna Ali Radasının sədr müavini Azərbaycandan kömək istədi
“Müharibə başlayandan 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”.
Bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
Ali Radanın sədr müavini Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqları evlərinə qaytarılmasında onlara kömək etməyimizi istəyib.
Gundelik-Baku.Org