Sağlamlıq üçün qəhvəni BELƏ İÇİN

Sağlamlıq üçün qəhvəni BELƏ İÇİN
Yaponiyalı məşhur alim Hiroşiqe İtakura sağlamlığa faydası olan qəhvənin necə içilməsini açıqlayıb.
Xarici KİV xəbər verir ki, o, qəhvəyə incə dilimlənmiş limon əlavə etməyi tövsiyə edib.
Sitrus meyvələrinin istifadəsinə əks göstərişlər olmadıqda, həkim gündəlik belə bir içki içməyi tövsiyə edib. Onun sözlərinə görə, qəhvəyə limon suyu əlavə etmək təzyiqi azaltmağa kömək edən xlorogen turşusunun təsirini artırır. Həkim izah edib ki, xlorogen turşusu qəhvəyə xarakterik rəng və acı dad verən polifenoldur. Bu maddə bir çox müsbət, sağlamlaşdırıcı xüsusiyyətlərə malikdir - xüsusən də turşu damar divarlarında lövhələrin sayını azaltmağa, endotelin (qan arteriyalarının və qan damarlarının daxili təbəqəsi) vəziyyətini yaxşılaşdırmağa və elastikliyi qorumağa kömək edir.
Onun digər müalicəvi xüsusiyyətləri arasında antibakterial təsir, qaraciyərə, görmə orqanlarına faydası, bədəndə yağ yandırma proseslərini stimullaşdırmaq var.
Bundan əlavə, C vitamini bədənə ümumi gücləndirici təsir göstərir. Kofein bu vitaminlə birlikdə bir fincan qəhvədən daha çox və daha uzun müddət canlandırır. Limon piylənmənin qarşısını alan eriositrinlə, həmçinin burun axıntısının və asqırmanın qarşısını alan narirutinlə zəngindir.
Eyni zamanda ekspert diqqətə çatdırıb ki, çoxları kofe içməyi bilmir və bundan belə fikir formalaşır ki, içki sağlam deyil, hətta zərərli ola bilər. İlk növbədə, səhər yeməyi əvəzinə, acqarına qəhvə içməyi dayandırmaq lazımdır. Kofeni ən yaxşısı gəzinti zamanı və ya axşam yeməyindən sonra qəbul etmək məqsədəuyğundur. Bu halda immunitet sistemini gücləndirə, xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər.
Gundelik-Baku.Org