Qadının son dəqiqə qərarı onu varlandırdı

Qadının son dəqiqə qərarı onu varlandırdı
Cənubi karolinalı qadın son dəqiqə qərarı sayəsində lotereyada 300 min dollar qazanıb.
Xarici media bildirir ki, qadın Leksinqtondakı “Bob's Food & Fuel” mağazasında “Kings Ransom” lotereya biletini görüb, lakin əvvəlcə ondan imtina edib. Lakin o, son anda fikrini dəyişib və 300.000 dollarlıq mükafatı qazanıb.
“Mən bilet almaq fikrində deyildim. Çox təəccübləndim”, – o paylaşıb.
Bəxtəvər qadının dediyinə görə, pulu evin təmirinə xərcləyəcək.
Gundelik-Baku.Org